ELAZ.İNFO, BAKI, 02.05.2025.
Elaz.info xəbər verir ki, ABŞ Donald Tramp Birinci və İkinci Dünya Müharibələrinin nəticələrini şərh edib.
Tramp ABŞ-ın İkinci Dünya Müharibəsində qələbəyə töhfəsini qiymətləndirib və bunu ən böyük töhfə adlandırıb.
ABŞ liderinin sözlərinə görə, Vaşinqton I Dünya Müharibəsində də qalib gəlib. Bununla əlaqədar Tramp bayramı qeyd etməyə çağırıb və milli bayramlar təsis edib.
Tramp artıq Birinci və İkinci Dünya Müharibəsindəki qələbəni ABŞ-a aid edib. O, bu açıqlamanı 2017-ci ildə verib.
Tramp ABŞ-ın hərbi qüdrətini tərifləyir
Birləşmiş Ştatların rəhbəri xüsusi qeyd edib ki, güc, cəsarət və hərbi bacarıq baxımından heç kim Amerika hərbçilərinə yetişə bilməz.
Tramp hesab edir ki, “indi ölkəsinin qələbələrini qeyd etməyinin vaxtıdır”.
Amerika liderinin səs-küylü bəyanatını Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov şərh edib. O, ABŞ-ın həqiqətən də kömək etdiyini və əhəmiyyətli töhfə verdiyini etiraf edib.
Dmitri Peskov vurğulayıb ki, -“Amerika kömək etdi, amma bir xəbərdarlıq var. Amerika həmişə pul qazanır. Amerika üçün bu, həmişə işdir”.
Kremlin rəsmi nümayəndəsi həmçinin xatırladıb ki, “Rusiya hətta Putinin dövründə ABŞ-a Lend-Lease çərçivəsində yardım üçün pul ödəyib. Prezidentlər daha sonra telefon danışığı aparıblar və orada İkinci Dünya Müharibəsini müzakirə ediblər”.
Tramp vurğulayıb ki, “o, Putinlə İkinci Dünya Müharibəsində ABŞ və SSRİ-nin birgə mübarizəsini müzakirə ediblər”.
Esmira RƏHİMOVA