ELAZ.İNFO bildirir ki, ABŞ prezidenti Donald Tramp şənbə günü husilərə ciddi xəbərdarlıq edib.
Tramp bildirib ki, husilər onların yük gəmilərinə hücumu dayandırmalıdırlar. Əks halda əvvəllər görmədikləri və yaşamadıqları bir cəhənnəminiçinə düşəcəklər.
Məlumat üçün bildirək ki, Husilər Qəzza zolağına keçidlərin açılması tələbini irəli sürüblər. Husilər Qəzza zolağında yaşayan əhalinin zəruri ərzaq və dərman vasitələri ilə təmin olunana qədər hücumların olacağı ilə bağlı çıxışlar edir.
İlahə Bayındır