ELAZ.İNFO xəbər verir ki, Tramp ötən ün Federal Ehtiyat Sistemini ziyarət edib və Cerom Pauell ilə görüşüb.
Ntv. com.tr yazır ki, ABŞ prezidenti Donald Tramp və ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel Federal Ehtiyatlar Sisteminin binasının çox milyard dollarlıq təmir xərci ilə bağlı kamera qarşısına keçiblər.
Görüşündən sonra Tramp və Pauell Federal Ehtiyat Sisteminin binasının tikintisində papaq taxaraq açıqlama veriblər.
Bu zaman prezident Tramp cibindən bir kağız çıxarıb və “Fed bina üçün 2,7 milyard dollar istəyirdi. İndi 3,1 milyard dollara çatıb” -deyərək reaksiya verib.
Pauell -“Mən bu rəqəmdən xəbərsizəm” deyə cavab verib.
Tramp -“Burada yazılıb”- deyib və onu təhvil verib.
Pauell kağızı yoxlayaraq- “Onlara 5 il əvvəl tikilən binanın dəyəri də daxildir” -deyə cavab verib.
Əsəbiləşən prezident Tramp:
-“Bu, bu kompleksin bir hissəsidir”- deyə cavab verib.
Günel GÜNTAC