Tramp ABŞ və İran arasında “məhsuldar sülh danışıqları”nın keçirildiyini açıqladı

ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” platformasında Vaşinqton və Tehran arasında Yaxın Şərqdəki hərbi qarşıdurmanın dayandırılması istiqamətində ciddi irəliləyişin olduğunu bildirib.

Trampın sözlərinə görə, son iki gün ərzində tərəflər arasında keçirilən müzakirələr kifayət qədər uğurlu və nəticəyönümlü olub: “Mən şadam ki, ABŞ və İran son iki gündə Yaxın Şərqdə bizə qarşı aparılan hərbi əməliyyatların tam və yekun olaraq dayandırılması barədə çox yaxşı və məhsuldar danışıqlar aparıb”, – deyə prezident vurğulayıb.

Dünya mediası bu xəbəri bölgədəki uzunmüddətli gərginliyin azalması istiqamətində atılan ilk böyük addım kimi qiymətləndirir. ABŞ və İran arasında hərbi əməliyyatların sona çatması, regionda enerji təhlükəsizliyindən tutmuş iqtisadi sabitliyə qədər bir çox proseslərə müsbət təsir göstərə bilər.

Tərəflərin bu “məhsuldar” danışıqlarının konkret hansı şərtlər altında baş tutduğu və sülh sazişinin hansı mexanizmlərlə tənzimlənəcəyi barədə yaxın saatlarda daha detallı məlumatların veriləcəyi gözlənilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights