Elaz.info Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Elşad Hacıyevə istinadən bildirir ki, tanıdığımız insanlar, qohumlarımız, dostlarımız dünyasını dəyişir və həyatı, arzuları yarım qalır. Bəs toy karvanında qaydaları kobud pozmaq, insanların şad gününə xələl gətirən gəncləri necə başa düşək? Axı, təhlükədir, faciə baş verə bilər.
Sabunçu rayonunda sevinc, şadlıq günündə toy karvanında avtoxuliqanlıq edən 7 sürücü məsuliyyətə cəlb edilib, cəzalandırılıb. Daha təhlükəli manevrlər edən Nivanın sürücüsünün sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılıb. Digər avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbirləri görülüb. Onları tanıyanlardan xahiş edirəm ki, onlara xəbər edin, bu heç də yaxşı görünmür, bu əməllərdən çəkinsinlər. Toy karvanında yarışmağın, təhlükəli performansın və bu hərəkətləri TİkTok-da təbliğ etməyin adı nədir?