ELAZ.İNFO xəbər verir ki,bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Tovuz sakininin sözlərinə görə onlara tibbi yardım göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsində davam etdirilir.
Aydan ŞƏRBƏTOVA
