“Tovuz Turan” futbol klubu və oyunçusu cəzalandırıldı

ELAZ.İNFO xəbər verir ki, bu gün AFFA-nın növbəti nizam-intizam komitəsinin iclası keçirilib. İclasda azarkeşi vurmağa cəhd edən “Tovuz Turan” futbol klubunun 77 nömrəli oyunçusu Veysəl Rzayev 1 oyun şərti olmaqla 2 oyun cəzalandırılıb.  Cəza bununla bitmətib. Oyunçunun təmsil etdiyi “Tovuz Turan” klubu da cəzalanırılıb. Belə ki, kluba 2000 manat cərimə yazılıb. Üstəlik də üç aylıq sınaq müddəti seçilib.

Azarkeşi vurmağa cəhd edənin aqibəti belə olub.

Məlumat üçün bildirək ki, haqqında bəhs etdiyimiz olay aprel ayının 5-də “Səbael”- Turan Tovuz” oyununun sonunda baş verib.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights