Tövbə nədir?

Nə qədər ki, insan sağdır, bilərəkdən və ya bilməyərəkdən günah işləyə bilər. Tövbə nədir? Tövbə haqqında hədis və ayələrlə qısaca izah və məlumat verməyi məqsədəuyğun hesab edirəm. Ümid edirəm bundan faydalanacaqsınız və bu digər insanlarımıza da faydalı olacaqdır.

 Tövbə; -Qayıtmaq, peşman olmaq, günahı tərk etmək deməkdir. Allah-Təalanın adlarından biri olan ət-Təvvab, qullarının tövbəsini daim qəbul edən, onlara əzab verməkdən çəkinən, onları bağışlayan deməkdir. Hz.  Peyğəmbər (s) buyurur:

-“Günahdan tövbə etmək, günahı tərk etmək və bir daha ona qayıtmamaq deməkdir”. (İbn Hənbel, I, 446)

Allah-taala ayədə belə tövbə ilə Ona üz tutanlara da belə buyurur:

-“Mən tövbələri qəbul edənəm, rəhm edənəm”. (Bəqərə, 2/160) O, nə etdiklərimizi biləndir (Şura, 42/25) və günahlarımızı bağışlayandır (əl-Mumin, 40/3).

O, istədiyinin tövbəsini qəbul edər (ət-Tövbə, 9/15) və Öz adı ilə tövbə edənləri sevər (Bəqərə, 2/222).

Qurani-Kərimin namaz, tövbə və tövbə əmrini xatırladan ayələrində Tövvab adı zikr edilmiş və bu nəcib adın peyğəmbərlərin tövbə və dualarında necə işlədildiyinə dair nümunələr vardır. Onlardan biri də Hz. İbrahim və Peyğəmbər İsmayılın duasıdır: “Ey Rəbbimiz! Tövbəmizi qəbul et. Çünki Sən tövbələri qəbul edənsən, Rəhmlisən”. (Bəqərə, 2/128). – AT-TAWWAB

Səbirlə oxuduğunuz üçün Sizə təşəkkür edirəm.

Ali Kamal Maboçoğlu

İlahiyyatçı- Türkiyə

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights