Torpaq sürüşdü, yol bağlandı

ELAZ.İNFO xəbər verir ki, leysan yağışları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində torpaq sürüşməsi hadisəsi qeydə alınıb.

Əldə etdiyimiz məlumatlara görə, yolun 147-ci kilometrliyində asfalt örtüyündə dərin çökmələr və çatlar yaranıb.

Hadisə ilə əlaqədar olaraq müvəqqəti magistral yolun qeyd olunan hissəsində avtomobillərin hərəkəti dayandırılıb. Aidiyyatı orqanlar məsələnin müsbət həlli ilə bağlı sürüşmə ərazisinə operativ baxış keçiriblər. Qısa müddətdə yolda avtomobil hərəkətinin bərpa olunacağı söylənilir.

Günül GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights