Bizim olanlara sahiblənmədiyimizi, yazılı tarixə çevirmədiyimzi sübuta yetirən daha bir yazılı tarixi nümunə – “Törə bitiki” (Qanunnamə). “Törə bitiki”-nin müəllifi, mənşəcə alban olan Gəncəli Mxitar Qoş-dur. O, 1130-cu ildə Gəncədə doğulub, 1213-cü ildə dünyasını dəyişmişdir. Ömrünü xristian adət-ənənələrini yaşatmağa, dini inancları bərpa etməyə çalışan Mxitar Qoş 1184-cü ildə özünün “Törə bitiki”ni (Qanunnaməni) qələmə almışdır. Hələlik Sizə bu məşhur “Törə bitiki”ndən doğma sətirləri orjinal və tərcümə variantı ilə təqdim edirəm. Geniş və müfəssəl araşdırmalar tələb edən bu yazılı tarixi abidədən nümunəni dərc etməyi qərara aldım.
Mənşəcə alban olan Mxitar Qoşun alban dilində qələmə aldığı “Törə bitiki”ndən sətirlər:
“…Xaytıp tiyəsidir bilməgə ki, tügülüdür yalqız bu Törə bitiki, xaysın ki hali yazıyırbiz, tügül yalqız mendən bolğay tügəllənməki munqar, zera oxşaşı bar ğanonkka, ne türlü ki, ğanonk birdən yazılmadı, a ne bir yerdə, a ne bir adamdan, yoxsa az-az yazıldı,
əvəl arakellərdən, sonqra Niqiada, sonqra Puzandiada, andan sonqra Epesosta, alay ox bu Törə bitiki. Əvəl başlanmaqı mununq
bizdən boldı, da bizdən sonqra kerək ki, az-az yazılğay da tügəl bolğay, zera qanonktan boyruxtur, yılda 3 kez joqovk bolğay, da tergöv etkəylər, egər ki dünyada nema yanqi badiyət çıxıp esə, ani barça baxıp, ari atalar artıxsılıxnı keri salğaylar da toğru yolğa keltirgəylər. Bu türlü tiyəsidir bilmağa yarqu bitiklərinə: necə ki yənqi nema törə yoluxsa, da tergəp, uslular baxkaylar toğru esə, yazğaylar ani da bu bitiktə. Egər ki kimsə es yoxsa, tapar barça ari bitiklərdə bu türlü ki, az -az ilgəri kelip tügəlləniptir. Ne türlü Ararack bitiki Movsestən tügül ki birdən yazıldı, alay ox 12 markarelər dügül ki bir zamanda yazıldı ya 1 adamdan, alay ox barça markarelər. Bu türlü surp Avedaranlar da tügül ki, bir zamanda yazıldı, ya 1-indən, hər biri yazdı kendi vaxtı bilə, ol türlü bitikləri Boğos arakelininq. Dağı da köp bitiklər ari atalardan u vardapetlərdən yazıldı kendiləri vaxtına. Bu türlü orinaq bilə bu bitikni ndə biz başladıq yazmağa. Egər bizdən az-az ilgəri kelip yazıldı esə, emdi də egər köplərdən yazılsa özgə vaxtlarda, nemə eksiklik tügüldür, yoxesə tek toğru törə bolsun ki, barça yaxşılar biyəngəylər də mununq eksikin tügəlləgəylər.”
Mətnin tərcüməsi:
“…Eləcə də bilmək lazımdır ki, hazırda yazmaqda olduğumuz bu “Törə bitik”i ehkam deyil, yalnız bizim tərəfimizdən tamamlana bilməz. Çünki o, birdən – birə peyda olmayan, bir adam tərəfindən və bir yerdə qələmə alınmayan, əksinə, parça – parça, öncə həvarilər tərəfindən, sonra Nikeyada, daha sonra Bizansda, ondan da sonra Efesdə yazılan qanunlar kimidir. Eləcə də bu “Törə bitiqi”. Onun başlanğıcı bizim tərəfdən qoyuldu və vacibdir ki, ona əlavələr edilsin və o təkmilləşdirilsin. Çünki qanunlar ildə 3 dəfə toplanan müqəddəs atalar tərəfindən təhlil edilməli, dünyada baş verən yeniliklər diqqətə alnaraq, lazımsızlarından təmizlənməli və onlara düzəlişlər edilməlidir. Qanun kitabları ilə də eyni cür davranılmalıdır. Müdrik adamlar bütün yeni qanunları gözdən keçirməli, təhlil etməli və zəruru olanlarını kitaba əlavə etməlidirlər.
Əgər diqqətlə baxan olsa, görər ki, müqəddəs kitablar da eyni qayda üzrə təkmilləşdirilmişdir. Necə ki, Musa “Varlıq” kitabını eyni vaxtda yazmayıb, peyğəmbərin kitabları da, elcə də digər peyğəmbərlərin kitabları bir adam tərəfindən və bir vaxtda qələmə alınmamışdır. Eləcə də müqəddəs “İncil” birdən-birə və eyni müəllif tərəfindən yazılmamışdır, əksinə, hərə öz dövründə yazmışdır. Eləcə də Pavelin müraciəti. Eləcə də müqəddəs ataların və müəllimlərin hərəsi öz vaxtında yazılmış kitabları. Əgər bizdən öncə yazılmışsa və bundan sonra çoxları yazacaqsa, bu, əskiklik deyil, yetər ki, qanunlar doğru olsun, əməlisaleh adamların xoşuna gəlsin və əyər – əskiyi aradan qaldırılsın”.
İlahə BAYINDIR
Tarixçi-tədqiqatçı