Tokayev: Putinlə beynəlxalq vəziyyəti və ikitərəfli əməkdaşlığı müzakirə etdik

ELAZ.İNFO xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinlə dünən Kremldə təkbətək görüş zamanı beynəlxalq vəziyyəti və Astana ilə Moskva arasında ikitərəfli əməkdaşlığı müzakirə edib.

K.Tokayev bunu Moskvada Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib.

“Dünən biz təxminən iki saat sürən təkbətək söhbətimiz zamanı həm ikitərəfli əməkdaşlıq, həm də beynəlxalq vəziyyətlə bağlı bir çox məsələləri müzakirə etdik”, – o bildirib.

K.Tokayevin sözlərinə görə, o, ölkələr arasında tərəfdaşlığın yeni səviyyəyə yüksələcəyini gözləyir.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights