To Lam Azərbaycan, Qazaxıstan, Rusiya və Belarusa gəlir

ELAZ.İNFO, BAKI, 07.05.2025.

ELAZ.İNFO  xəbər verir ki, Vyetnamın Partiya lideri To Lam bu həftə Qazaxıstan, Azərbaycan, Belarus və Rusiyaya səfər edəcək.

Vyetnamın “Government News” qəzeti yazır ki, Baş katibi Ton-u bu səfərdə Siyasi Büro üzvü, Partiya Mərkəzi Komitəsinin katibi, Daxili İşlər üzrə Mərkəzi Komissiyanın sədri Phan Dinh Trac müşayiət edir.

Dövlət səfəri çərçivəsində bu heyətin tərkibində Siyasi Büro üzvü, Ho Şi Min Milli Siyasət Akademiyasının prezidenti, Mərkəzi Nəzəriyyə Şurasının sədri Nquyen Xuan Thang, Siyasi Büro üzvü, Milli Müdafiə Naziri Phan Van Giang, Polibüro üzvü, İctimai Təhlükəsizlik Naziri Luong Tam Quang, Baş nazirin müavini və xarici işlər naziri Bui Thanh Son, Sənaye və Ticarət Naziri Nguyen Honq Dien, Elm və Texnologiya Naziri Nguyen Manh Hung, mədəniyyət, idman və turizm naziri Nquyen Van Hunq, Ədliyyə Naziri Nguyen Hai Ninh; Səhiyyə Naziri Dao Honq Lan, Baş katibin köməkçisi To An Xo da vardır.

Qəzet yazır ki, “turun məqsədləri Vyetnamın müstəqillik, özünə inam, xarici əlaqələrin şaxələndirilməsi və çoxtərəfli xarici siyasətinin həyata keçirilməsində ardıcıl səylərini əks etdirir. Qazaxıstan, Azərbaycan, Rusiya və Belarus Vyetnamın ənənəvi tərəfdaşlarıdır və keçmişdə Vyetnama milli müstəqillik uğrunda mübarizəsi zamanı, eləcə də hazırkı milli inkişaf və müdafiə kursu zamanı dəstək və yardım göstərmişlər”.

“Government News” qeyd edir ki, Baş katib tur vasitəsilə Vyetnama bu tərəfdaşlarla uzunmüddətli, səmərəli, əsaslı və qarşılıqlı faydalı əməkdaşlığı təşviq etməyi gözləyir.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights