Bakı şəhərini tıxacsız təsəvvür etmək mümkün deyildir. Əvvəllər də günün pik saatlarında tıxaclar olub, hal-hazırda isə günün istənilən vaxtında tıxac problemi ilə qarşılaşırıq.
Bakı yollarında tıxacların yaranmasının müxtəlif səbəbləri var. Bu səbəblərdən biri ictimai nəqliyyatın az sayda olması və bu nəqliyyat vasitələri üçün xüsusi zolaqların lazımı qədər ayrılmaması və ya zolaqların azalması, yəni 3-4 zolaqlı yolun birdən- birə 2 zolağa keçməsi, avtomobillərin manevr edərkən sərf olunan zaman kəsiyi, sürücülərin yol buraxma qabiliyyətiinin olmaması və s.
Məsələn: -Bakı- Sumqayıt yolunda tıxacların yaranmasının əsas səbəblərindən biri enli yolun “20 yanvar” dairəsi istiqamətində daralmasıdır.
Başqa bir səbəb: -İşıqforların nizamlanmasına nəzər yetirək. Elə yollar var ki, orada tıxacların çox olması nəzərə alınaraq, işıqforun yaşıl işığının saniyəsini gün ərzində tənzimləmək lazımdır… və s.
Bakının elə kücələr var ki, oranın yollarında geniş formada nəqliyyat vasitələrinin intensivliyi mümkünsüzdür.
Düzdür, yolların tənzimlənməsi üçün çox işlər görülür, amma inanırıq ki, bu təkliflər də nəzərə alınacaq və yol hərəkəti ilə bağlı müəyyən dəyişikliklər aparılacaq.
Esmira RƏHİMOVA