Tıxaclar dözülməz həddə çatdı, taksi qiymətləri də bahalaşdı

Bakıda taksilərin sayını azaldanda paytaxtda tıxacın azalacağını vəd edirdilər. Tıxaclar dözülməz həddə çatdı, taksi qiymətləri də bahalaşdı.

İnternetin qiymətlərini artıranda da keyfiyyət və sürətin artacağını deyirdilər. İki həftədən çoxdur internetin sürəti 28 mb/s-ni keçmir (100 mb/s-nin pulunu alırlar).

Bunların “keyfiyyət göstəriciləri” öz ciblərini əhalinin hesabına doldurmağa indeksləşib.

Sosial şəbəkələrdə bir-birinizlə didişəndə bu didişmələrin ən çox kimlərin işinə yaradığını da düşünün.

Rəsul MİRHƏŞİMLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights