Tıxacda onunla mübahisə edənə beysbol sopası ilə hücum etdi

ELAZ.İNFO, BAKI, 23.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Türkiyədə sürücü  tıxacda mübahisə etdikdən sonra digər sürücüyə beysbol sopası ilə hücum etdi. Ankarada yolda mübahisə edən sürücülərdən biri avtomobilindən düşərək baqajdan götürdüyü beysbol sopası ilə digər sürücüyə hücum edib. Gərginlik avtomobilin kamerası tərəfindən qeydə alınıb və görüntülərdə şəxsiyyəti müəyyən edilən sürücü polis tərəfindən saxlanılıb və sürücülük vəsiqəsi əlindən alınıb.

Hadisə mayın 5-də saat 08.58 radələrində Mövlana Bulvarında baş verib. iki sürücü bir-birinə əl-qol işarəsi verərək avtomobilini saxlayıblar. Maşından düşən sürücünün biri yük yerindən beysbol sopasını  götürərək mübahisə etdiyi şəxsin maşınına tərəf yönəlib. Sürücü ilə bir müddət mübahisə edən yol hərəkəti pozucusu daha sonra maşınına minərək ərazidən uzaqlaşıb. Həmin anlar mübahisə etdiyi sürücünün avtomobilindəki kameraya düşüb.

Baran KAYA- Türkiyə

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights