Tiencində dövlət və hökumət başçılarının və xanımlarının şərəfinə ziyafət verilib, konsert proqramı təqdim olunub

ELAZ.İNFO Prezident Adminstrasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, avqustun 31-də “Tianjin Meijiang” Beynəlxalq konqres və sərgi mərkəzində Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuanın adından dövlət və hökumət başçıları və xanımlarının şərəfinə ziyafət verilib, konsert proqramı təqdim olunub.

Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.

Sonra dövlət və hökumət başçıları və xanımları birgə foto çəkdirdilər.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights