ELAZ.İNFO xəbər verir ki, Ermənistanda fəal hərəkətdə olan Yerkrapa böyük terrorçu qrupdur.
Ermənistan prezidentinin sərhəd kəndləri gəzərək, delimitasiya və demarkasiyadan sonra, son bir il içində saldıqları kənddən öz rəqiblərinə ünvanladığı mesajında bildirir ki, rəsmi Ermənistan Respublikası buradan başlanır. Amma bu erməni xislətinə inanmaq olarmı? Bu özünü dünyaya pərdələnmiş halda göstərməyə çalışmaq deyilmi?
Bəs əslində vəziyyət necədir?
Ermənistan rəsmilərinin sülh bəyanatları səmimilikdən çox uzaqdır. Əməldə isə sərhəd bölgələrində yerkrapa terrorçu qrupunun üzvlərini sakin adı ilə yerləşdirirlər. Fransa və digər havadarları hayları heç vaxt dinc oturmağa qoymayacaqlar.
Yerkrapa böyük terrorçu qrupdur. Yerkrapa ittifaqı Birinci Qarabağ müharibəsində fəal iştirak etmişdi. Buna baxmayaraq, Sarkisyanın ölümündən sonra Yerkrapanın Ermənistan siyasətində təsiri azalmağa başlamışdır. Son zamanlarda isə Ermənistan hakimiyyətində onların nüfuzu yenidən yüksəlməkdədir. Bu da göstərir ki, Ermənistanı yenidən Azərbaycanla müharibə şəraitinə gətirəcəklər. Yəqin ki,bu dəfə xəritədə bu adlı dövlət qalmayacaq!
Natəvan BƏYDİLİ