Terror həyəcanı: 6 Ukrayna və 1 ABŞ vətəndaşı saxlanıldı

ELAZ.İNFO xəbər verir ki, Hindistanın Milli İstintaq Agentliyi (NIA) ölkə ərazisində terror fəaliyyətinə hazırlıqda şübhəli bilinən 7 xarici ölkə vətəndaşını həbs edib. Saxlanılanlardan 6-sı Ukrayna, 1-i isə ABŞ vətəndaşıdır.

“The Indian Express” qəzetinin məlumatına görə, ABŞ vətəndaşı Kalkutta hava limanında, Ukrayna vətəndaşlarının üçü Laknau, digər üçü isə Dehli hava limanında ələ keçirilib. Şübhəlilərin hamısının Hindistana qanuni vizalarla daxil olduğu bildirilir. İstintaq materiallarına əsasən, bu şəxslər Hindistana gəldikdən sonra icazə almadan sərhədyanı Mizoram ştatına yollanıblar. Oradan Miyanma sərhədini keçərək yerli etnik silahlı birləşmələrlə təmas qurublar. Bundan əlavə, saxlanılan şəxslərin Avropadan Hindistan vasitəsilə Miyanmadakı ekstremist qruplaşmalara böyük partiyalarla qanunsuz pilotsuz uçuş aparatları (dronlar) çatdırdığı iddia olunur.

Hazırda bütün şübhəlilər paytaxt Nyu-Dehliyə gətirilib. Dehli məhkəməsinin qərarı ilə onların həbs müddəti martın 27-nə qədər uzadılıb. Faktla bağlı genişmiqyaslı araşdırmalar davam edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights