ELAZ.İNFO xəbər verir ki, sentyabrın 18-də ölkəmizin stolüstü tennisçiləri Türkiyədə keçirilən “WTT Feeder Cappadocia” turnirində iştirak etmək üçün bu ölkəyə yollanıblar.
Stolüstü Tennis Federasiyasından ELAZ.İNFO-ya verilən məlumata görə ölkəmizi Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli təmsil edəcək.
Yarışlarda idmançıları məşqçilər Ramil Cəfərov, Səbinə Əzizli müşayət edəcək.
İslam MAHMUDOV