ELAZ.İNFO xəbər verir ki, dünyanın ən yaxşı tennis oyunçuları növbəti iki həftə ərzində turnirin ən yaxşısı adı uğrunda mübarizə aparacaqlar.
Bütün gözlər kişilər arasında ABŞ Açıq turnirində dünya 1 nömrəli Jannik Sinnerə yönələcək.
İtalyan tennisçi bu mövsüm Avstraliya Açıq və Uimbldon qələbələrindən sonra üçüncü Böyük Dəbilqə titulunu qazanmaq istəyir.
Sinnerin turnirdəki ən böyük rəqibi Fransa Açıq çempionatının hazırkı çempionu Karlos Alkaras olacaq.
Məlumat üçün bildirək ki, Alkaras Rolan Qarrosda Sinneri məğlub etsə də, lakin italyan Uimbldondakı revanşını qazanmışdı.
İslam MAHMUDOV