ELAZ.İNFO xəbər verir ki, müasir dövrün ən böyük “görünməz” epidemiyası telefon asılılığıdır. Aparılan araşdırmalara görə, orta statistik istifadəçi gün ərzində 150-dən çox telefonuna baxır. Bəs bu vərdiş bizim psixologiyamıza və sosial həyatımıza necə təsir edir? Əgər səhər oyanan kimi ilk işiniz telefonun ekranını yoxlamaqdırsa və ya telefonunuz yanınızda olmayanda ciddi narahatlıq (nomofobiya) keçirirsinizsə, deməli, rəqəmsal asılılıq sizi də əsir alıb. Bu, təkcə vaxt itkisi deyil, həm də diqqət dağınıqlığı və yuxu pozğunluğuna səbəb olur. Mütəxəssislər “Rəqəmsal Detoks” metodunu təklif edirlər. Bunun üçün bir neçə sadə addım kifayətdir: Bildirişləri söndürün: Vacib olmayan proqramların bildirişlərini bağlayın. Yataq otağına telefonla girməyin: Yuxudan əvvəl mavi işığa məruz qalmaq beynin dincəlməsinə mane olur. Ekran vaxtı”na nəzarət edin: Telefonunuzda hansı proqrama nə qədər vaxt xərclədiyinizi izləyin.
Ruslan MƏMMƏDOV