Tehrandan Moskva və Pekinə Çağırış

ElAZ.İNFO xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi BMT Təhlükəsizlik Şurasının üzvlərini, xüsusilə Rusiya və Çini ABŞ və İsrailin İrana qarşı hərbi hərəkətlərini qətiyyətlə pisləməyə çağırıb.

Nazir Araqçi çinli həmkarı Van İ ilə apardığı söhbət zamanı vurğulayıb ki, Tehran beynəlxalq birlikdən “sarsılmaz və möhkəm” bir duruş gözləyir. O bildirib ki, Vaşinqton BMT Təhlükəsizlik Şurasındakı statusundan sui-istifadə edərək regionda gərginliyi artırır. “İran gözləyir ki, Təhlükəsizlik Şurasının üzvləri, xüsusən də Rusiya və Çin ABŞ-ın bu mövqedən sui-istifadəsinə imkan verməyəcək və ölkəmizə qarşı yönəlmiş Amerika-İsrail təcavüzünü pisləyəcək”, – deyə İran XİN başçısı qeyd edib.

Qeyd edək ki, hazırda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları aktiv fazadadır. Tehran bu hücumları beynəlxalq hüququn pozulması və birbaşa təcavüz kimi qiymətləndirir. Diplomatik müstəvidə isə Rusiya və Çinin veto hüququndan istifadə edərək İrana qarşı mümkün sanksiya və ya hərbi qərarların qarşısını alacağı gözlənilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights