Tehran sərgisində Dədə Qorqud kitabının satışına qadağa qoyuldu

ELAZ.İNFO BAKI 13.05.2025

ELAZ.İNFO xəbər verir ki, Tehranda keçirilən kitab sərgisində Dədə Qorqud kitabının satışına qadağa qoyulub. 

Bu barədə şair Sədullah Dünyəvi Muğanlı məlumat yayıb.

Onun sözlərinə görə, sərgidə türk ədəbiyyatına aid kitablara qadağa qoyulması xəbəri yayıldıqdan sonra həmin kitabların onlayn satışı möcüzəli şəkildə artıb.

Qeyd edək ki, iki gün əvvəl Ərdəbildə  Azərbaycan dilində kitabların nəşri ilə məşğul olan “Yaylıq” nəşriyyatının da fəaliyyətinə qadağa qoyulub.

Cənubi Azərbaycan müxbiri Hüstət ABDULLAHİ

Verified by MonsterInsights