ELAZ.İNFO xəbər verir ki, müharibədən sonrakı qeyri-müəyyənlik dövründə Tehran fond bazarı kapital itirməyə davam edir
Atəşkəsdən sonra ardıcıl dördüncü gündür ki, Tehranın fond birjasında ucuzlaşma qeydə alınır.
İran mediasına görə, çərşənbə axşamı fərdi investorlar bir ticarət günündə birjadan 64,78 trilyon rial – təxminən 71 milyon dollar çıxarıblar.
Qeyd edək ki, Sepah və Pasargad banklarına edilən kiberhücumdan sonra əhalinin maliyyə sisteminə inamsızlığını daha da artıb.
Müharibə zamanı fəaliyyəti əsasən dayanan valyuta və qızıl bazarları bu həftədən etibarən dolların və qızılın dəyərini bahalaşdıraraq yenidən işə başlayıblar.
Emin AZƏRİ Ərdəbil
