TDT-nin nazirlərinin iclası keçiriləcək

ELAZ.İNFO xəbər verir ki, Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçiriləcək

23-24 oktyabr tarixlərində Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək.

 İclasın keçirilməsində məqsəd TDT ölkələri arasında sənaye, elmi tədqiqat, innovasiya, texnologiya, investisiya, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsidir.

Toplantı çərçivəsində oktyabrın 23-də TDT ölkələrinin aidiyyəti qurumlarının nümayəndə heyətlərinin iştirakı ilə işçi qrupun iclası keçiriləcək. İclasda Fəaliyyət Planında nəzərdə tutulan təşəbbüslər və onların icrası üzrə gələcək addımlarla bağlı fikir mübadiləsi aparılacaq.

Oktyabrın 24-də TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində sənaye və texnologiyalar sahəsində strateji tərəfdaşlıq istiqamətləri, elm, innovasiya, investisiya, kiçik və orta sahibkarlıq və digər istiqamətlərdə əməkdaşlıq mexanizmləri müzakirə olunacaq.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights