Tarixsiz heç nə baş vermir…

-“Cəmi bir il əvvələdək efiri “səngər” etmişdik, üzü Basarkeçərə, Qarakilsəyə, İrəvava sarı “döyüşürdük”. Əsas “silahım” da burada Sizinlə paylaşdığım dəyərli araşdırma qaynaqları olan kitablardan qazandığım gerçəklər idi. Əlbəttə, gerçək səngərdə duran Müzəffər Əsgərimizdən fərqli olaraq, çox az işlər gördük”.

ELAZ.İNFO xəbər verir ki, bu fikirlər tanınmış tarixçi, tədqiqatçı Ramin Əlizadəyə məxsusdur.

Ramin Əlizadə deyir ki, “tariximizi, milli kimliyimizi, coğrafiyamızı nəinki gənclərimizə aşılamaq, hətta bir çox harınlamış məmurlara qandırmaq yönündə dəyərli layihə idi. Azərbaycan efirlərini tərbiyə və əxlaq normalarını reklamdan qazanılan vəsait naminə pozmağı qarşısına məqsəd qoyan, ziyalı olmayan aparıcılar kimi şərait yaradılmadı”.

R.Əlizadə vurğulayır ki, “maraqlıdır ki, layihəyə necə dəvət etmişdilərsə, elə getmədik, nəysə bu da bir ayrı mövzudur. Bir məsələni də qeyd edim ki, o layihədə fəaliyyətim müddətində İTV-dən də dəvət almışdım, amma müsbət cavab vermədim, yəni çalışdığım kanala hörmətsizlik etmədim. Layihə dayandıqdan sonra bir müddət yarımçıq qalmış döyüşün iştirakçısı durumuna düşdüm, amma elmi araşdırmalarıma davam etdim. Qısa zaman kəsiyində böyük bir gerçəyi də dərk etdim ki, müasir dövrdə təbliğat baxımından hər hansı sənədli film və ya veriliş, nəşr edilən, lakin ciddi dəlillərə əsaslanmayan minlərlə kitabdan daha önəmlidir. Amma o cür filmi və ya verilişi öz sahəsinin peşəkarları “bişirib” təqdim edərlərsə”.

İncikliyini dilə gətirən tarixçi söyləyir ki, “artıq bir ildir ki, bu barədə heç nə yazmadım, bölüşmədim. Keçmişi keçmiş tarix, gələcəyi isə tarixin perspektivi bildiyim üçün. Tarixsiz heç nə baş vermir…”

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights