ELAZ.İNFO xəbər verir ki, 1725-ci ilin 11 fevralında verilən bir qərar, təkcə bir köçürmə deyil, Qafqazın gələcək taleyinə edilən siyasi müdaxilə idi.
Rusiya Xarici İşlər Kollegiyasının Türkiyə və İranda yaşayan ermənilərin Xəzəryanı bölgələrə yerləşdirilməsi barədə fərmanı, bölgənin təbii etnik axarına kənardan yön veriləsinin başlanğıcı oldu. Bu siyasət sonrakı onilliklərdə demoqrafik dəyişikliklərə, sosial gərginliklərə və uzunmüddətli qarşıdurmalara zəmin yaratdı. Qafqaz əsrlərlə öz daxili tarazlığı ilə formalaşmışdı. Lakin imperiya maraqları naminə aparılan köçürmə siyasəti bu tarazlığı pozdu və tarixə ağır iz saldı.
Tarixi xatırlamaq keçmişdə qalmaq üçün deyil, bu gün baş verənləri daha düzgün anlamaq üçündür.
Əli İbrahimov