Tarixi Qələbənin 83-cü İldönümü:

ELAZ.İNFO xəbər verir ki, bu gün Volqoqrad (keçmiş Stalinqrad) şəhəri İkinci Dünya müharibəsinin ən həlledici döyüşlərindən biri olan Stalinqrad döyüşündə alman-faşist qoşunlarının darmadağın edilməsinin 83-cü ildönümünü qeyd edir. Bu, əlamətdar günlə əlaqədar şəhərin girişlərindəki “Volqoqrad” yol nişanları müvəqqəti olaraq tarixi “Stalinqrad” adı ilə əvəzlənib.

Bayramın əsas hadisələri şəhərin simvolu sayılan Mamayev Kurqanında baş tutur. Burada “Döyüş Şöhrəti” zalındakı Əbədi Məşəl önünə əklillər və güllər qoyulur. Şəhərdə “Yaddaş atəşi” (Выстрел памяти) adlı xüsusi yaylım atəşi aksiyası keçirilir. Stalinqrad döyüşü” muzey-panoramasında gənclər üçün ustad dərsləri və viktorinalar təşkil olunur. Triumf zalında isə “Biz – Rusiya vətəndaşlarıyıq” aksiyası çərçivəsində gənclərə təntənəli şəkildə pasportlar təqdim edilir. Volontyorlar Mamayev Kurqanında 80 metr uzunluğunda Stalinqrad və Georgi lentlərini açaraq qəhrəmanların xatirəsini yad edirlər.

Maraqlı bir fakt ondan ibarətdir ki, Volqoqrad şəhər dumasının 2013-cü ildə qəbul etdiyi qərara əsasən, şəhər ildə cəmi 9 gün rəsmən “Qəhrəman şəhər Stalinqrad” adını daşıyır. Bu günlərə 2 fevral (qələbə günü), 9 may (Qələbə günü), 22 iyun (müharibənin başlanğıcı) və digər tarixi tarixlər daxildir. Tədbirlərdən 24 saat sonra yol nişanları yenidən əvvəlki vəziyyətinə qaytarılır.

Tarixçilərin fikrincə, 1942-ci il iyulun 17-dən 1943-cü il fevralın 2-dək davam edən bu döyüş müharibənin gedişatında köklü dönüş nöqtəsi olub. Müddət: 200 sutka. 100 min kvadrat kilometr ərazi. Hər iki tərəfdən eyni vaxtda 2,1 milyona qədər insan. Təkcə Üçüncü Reyxin deyil, həm də onun müttəfiqləri olan İtaliya, Rumıniya, Macarıstan və Xorvatiya hərbi birləşmələri darmadağın edilib.

ELAZ.İNFO qeyd edir ki, bu qələbə faşizm üzərində ümumi zəfərin təməl daşlarından biri hesab olunur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights