Tarixi düşmənlərimizin şirin sülh nağıllarına heç vaxt inanmamalıyıq

ELAZ.İNFO xəbər verir ki, bu gün uzaq və yaxın tariximiz baxımından olduqca önəmli gündür. Belə ki, bu gün həm Laçın Şəhəri Gününü, həm də Malazgirt Zəfəri gününü qeyd edirik.

Hər iki hadisə Türk dünyası üçün, ilk sırada Azərbaycan və Türkiyə üçün tarixin dönüş nöqtəsi və yaxud, tarixin gedişatını dəyişən hadisələr hesab olunur.

26 avqust 2022-ci ildə Laçın şəhəri erməni işğalçılarından və Rusiya “sülhməramlı”larından təmizlənib, geri alınıb, yenidən öz bayrağımızın altına keçib.

26 avqust 1071-ci ildə isə Bizans (yunan) imperiyası və onun erməni, gürcü törtöküntüləri Malazgird meydan savaşında sultan Alp Arslanın rəhbərlik etdiyi böyük Səlcuq imperiyasına yenilib, məğlub olub.

Gördüyümüz kimi tarixin hər dönəmində erməni düşmənçiliyi ilə üzləşmişik. Və hətta yaxın gələcəkdə Ermənistanla sülh sazişi imzalayası olsaq da belə, lakin bizə qarşı qartımış erməni düşmənçiliyi bundan sonra da bu və ya digər formalarda davam edəcək. Onlar gah ruslardan və farslardan, gah da yunanlardan, fransızlardan və digər antitürk güclərdən dəstək alaraq üzərimizə gəlməyə, soyqırımları törətməyə, torpaqlarımıza yiyələnməyə çalışacaqlar. Odur ki, tarixi düşmənlərimizin şirin sülh nağıllarına heç vaxt inanmamalıyıq.

Biz birdəfəlik bilməliyik ki, erməni xisləti, hay etnopsixologiyası zaman və məkan faktorlarının təsirinə məruz qalmır, yenilənmir və dəyişmir. Ermənilərin arxetipi, xarakteri daimi şərə, davamlı düşmənçiliyə indekslənib, köklənib. Ona görə də bu şər psixologiya hər fürsətdə özünü büruzə verəcək. Onlar hər fürsətdə revanşa can atacaqlar. 44 günlük İkinci Qarabağ savaşındakı məğlubiyyətləri isə onların bizə qarşı düşmənçilik hisslərini daim diri saxlayacaq.

Bölgədə geosiyasi, geoiqtisadi maraqları olan qlobal güclər də hər zaman ermənilərdən alət kimi, satellit kimi istifadə etməyə çalışacaqlar. Bu, artıq çoxdan yazılmış (və ya yazılmamış) əbədi “ssenari”dir.

Ona görə də biz də əbədi olaraq ayıq-sayıq olmalıyıq.

Zəfər günlərimiz qutlu olsun!

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights