TARİXİ COĞRAFİYA VƏ ETNOLOGİYA


ELAZ.İNFO BAKI 07.05.2025

Etnosun doğum yeri və etnogenez fazalarının gerçəkləşdiyi coğrafi məkan Atayurd adlanır. Bu ilkin yurdun arealının dəqiq müəyyənləşdirmək müasir etnologiya elmində ən çətin problemlərdən biridir və hər hansı bir xalqın tarixinin obyektiv yazıla bilməsi gerçək Atayurdun düzgün tapılmasından aslıdır. Bugünə qədər türk etnosunun yarandığı ilkin areal Ön Asiyada deyil, yanlış olaraq Altay çevrəsində axtarıldığı üçün Türk dil ailəsi daxilindəki subetnos, etnos və superetnosların İslamöncəsi tarixi düzgün yazılmamış, bir-birini tamamlamaq əvəzinə, biri digərini inkaedən yozumlar və ziddiyətli fikirlər ortaya çıxmışdır. Ata yurd problemini quru nəzəriyə ilə deyil, faktlara əsaslanan metodlarla öyrənmək lazımdır. Bunun üçün antropoloji, arxeoloji, etnolinqvistik, etnokultur bəlgələrlə yanaşı, geoekoloji, biososioloji və tarixi-coğrafi sahələrin sintezindən yararlanan etnologiya elmi tarixi onomastika,qonşu etnoslarla münasibətlər, tarixi miqrasiyalar, areal dilçiliyi və tarixi demoqrafiya məsələlərini də nəzərə almalıdır. Çünki müəyyən zaman və müəyyən məkan daxilində yaranIb formalaşan etnos canlı qurum olduğu üçün ətraf mühit, doğal şərait onun etnik atributlarına öz damğasını vurur və bu damğanIn izi etnik stereotipdə, yaşam tərzində, dildə, xarakterdə,mifoloji yaddaşda və kultur gələnəklərində aydın görünür. Bir etnos məhzbu görünən özəl əlamətlərlə digərindən fərqlənir. Bütün etnosların saçı var, lakin saç birində qıvrım, başqasında düz, birində yumşaq, digərində cod olur; bütün etnoslar yemək yeyir, lakin biri at, biri it ətini delikates sayır, biri ilan-qurbağa, digəri qoyun əti yeməyi sevir. Onlarla belə fərqləndirici əlamət etnosun doğulduğu məkanda biosferlə qarşılıqlı əlaqədə yaranır.

Qonşu ölkələrin və xalqların tarixi coğrafiyası hələ çoxdan ətraflı tədqiq olunduğu halda, Azərbaycanın tarixi coğrafiyası haqqında Seyran Vəliyevin 5 çap vərəqi həcmində elmi-populyar şəkildə yazdığı oçerklərisaymasaq, bu mühüm sahəyə yalnız kiçik bir kitabça həsr olunmuşdur. Bu da ancaq son iki minilliyi əhatə edir,


Firudin AĞASIOĞLU

    Verified by MonsterInsights