Tarix dərslərini ucadan deyir, sadəcə biz eşitmək istəmirik…

Tarix bizə göstərir ki, ən güclü imperiyalar, ən möhtəşəm taxtlar və ən zəkalı hökmdarlar belə, çox vaxt özlərinə ən yaxın olanların xəyanəti ilə yıxılıb. Nadir şahın dəmir nizamı, Sezarın qüdrətli ordusu hamısı bir anın içində inamın yanlış ünvana yönəlməsi ilə məhv oldu. Çünki insan təbiətində dəyişməyən bir zəhər var tamah, paxıllıq və xəyanət.

Həyatda ən təhlükəli düşmən kənarda deyil, bəzən yanımızda oturan, çiynimizə dost kimi əl qoyan insandır. Bu da odur ki, tarix təkcə keçmişin salnaməsi deyil, həm də gələcəyin xəbərdarlığıdır. Biz isə bu xəbərdarlığı hər dəfə unuduruq, eyni xətanı təkrar-təkrar edirik.

İnsanlara inanmaq lazımdır, amma kor-koranə yox. Ehtiyatı əldən verən, çox vaxt öz məğlubiyyətinin səbəbini öz yanında tapır. Tarix səssizdir, amma dərslərini ucadan deyir sadəcə biz eşitmək istəmirik…

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights