Bənzərsiz adamlar, əvəzolunmaz insanların varlığı, mövcudluğu inkarolunmaz həqiqətdir. Hacı da o adamların lap başda gələnlərindən biri idi. Ölümlərindən sonra bu cür adamların yeri, adətən, çox zaman boş qalır.
Vəfatından bir əsr vaxt keçsə də, lakin ötən müddət ərzində təhsilə, mədəniyyətə, maarifçiliyə və digər humanitar işlərə onun qədər vaxt və pul ayıran ikinci bir xeyriyyəçi-mesenat yetişmədi.
O, sıradan bir iş adamı deyildi. Hacı Zeynalabdin Tağıyev Azərbaycanla bərabər, bütün Türk-İslam dünyasının gələcək dirçəlişi üçün çalışan böyük bir Fədai idi. Tanrı və zaman onu böyük bir Missioner kimi yetişdirmişdi.
İşğalçı və sömürgəçi sovet-bolşevik rejimi onun varidatına əl qoymasaydı və onu təqib etməsəydi, bu azman şəxsiyyət işıqlı gələcəyimiz üçün daha böyük işlər görə bilərdi.
Bəybala MİRZƏYEV