ELAZ.İNFO xəbər verir ki, tanınmış qazax şairi Abayın 180 illik yubileyi yüksək səviyyədə qeyd olundu.
Qazaxıstan Parlamentinin deputatı Darhan Qydyırali bildirib ki, “Abay itirdiyi yurda söz deyən, qazax xalqını ucaltmağa başlayan, ağıl ağrısına dözərək insanlıq zirvəsinə ucalan, millətə istiqamət olacaq biliyini ucaldan nəcib şairimizdir. Ona görə də Abay bayramı vətənpərvərlik, mənəviyyat bayramıdır”.
Deputat əlavə edib ki, “Həqiqətən də şairin 180 illik yubileyi ilə bağlı tədbirlər yüksək səviyyədə keçirildi. Dövlətimizin başçısının təbrik məktubunu Parlament Senatının sədri Maulen Aşimbayev oxudu. Düşünürəm ki, səhnədəki çıxış, konsert, təşkilatçılıq və ən əsası dünyanın hər yerindən gələn izdihamın coşqusu yaddaqalan mənzərə idi.
“Abayın əmanətinə sadiq olaq”.
İlahə BAYINDIR