“Tam miqyaslı işğal” planı təsdiqləndi

ELAZ.İNFO xəbər verir ki, İsrail kabineti soyqırımın davam etdiyi Qəzzada bir milyon fələstinlini didərgin salacaq “tam miqyaslı işğal” planını təsdiqləyib.

İsrailin baş nazirlik ofisi sosial mediada Qəzzanın tam işğalı planının təsdiqləndiyini açıqlayıb.

10 saat davam edən görüşdən sonra ofis ordunun bütün Qəzzaya nəzarəti ələ keçirməyə hazır olacağını açıqlayıb.

Kabinetin verdiyi bəyanatda Qəzzanın işğalına son qoyulması üçün beş şərt qeyd edilib.

Bu şərtlər aşağıdakı kimidir:

  • HƏMAS-ın tərksilahı,
  • 20-nin sağ olduğu güman edilən 50 girovun qaytarılması,
  • Qəzza zolağının tam demilitarizasiyası;
  • İsrailin bütün Qəzza zolağına nəzarəti,
  • HƏMAS və Fələstin Muxtariyyəti tərəfindən alternativ mülki administrasiyanın yaradılması.

İsrail mətbuatının məlumatına görə, Nazirlər Kabinetinin iclası zamanı Baş Qərargah rəisi ilə nazirlər arasında toqquşma olub. Mübahisəyə səbəb ordunun işğal planına qarşı çıxması olub.

Baş Qərargah rəisi Eyal Zamir Qəzzanın işğalının girovların həyatını təhlükəyə atacağını bildirib. Nazirlər isə Zamirə qarşı çıxıblar.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights