ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ-ın 2021-ci ildə Əfqanıstandan çıxarılmasından sonra Taliban hökumətinin əlinə keçən Baqram Hava Bazasının geri qaytarılmasını istəyir. Tramp Taliban hökumətini “Baza geri qaytarılmasa, nə olacağını görəcəksiniz” -deyərək təhdid edib.
Taliban hökuməti Trampın təhdidinə cavab verib. Əfqanıstan Baş Qərargah rəisi Fəsihəddin Fitrət Əfqanıstanın azad və müstəqil ölkə olduğunu bəyan edib.
Fitrət söyləyib ki, “Son zamanlar bəzi insanlar Baqram Hava Bazasını geri almaq üçün Əfqanıstanla danışıqlara başladıqları barədə bəyanatlar verdilər”.
Əfqanıstanın heç bir xarici ölkədən asılı olmadığını iddia edən Fitrət vurğulayıb ki, “Biz heç vaxt vətənimizlə bağlı danışıqlar aparmayacağıq. Əfqanıstanı öz xalqı idarə edir. Əfqanıstanın özünü qoruyacaq qədər ordusu var. Dost əlini uzadanlar dostcasına qarşılanacaq, düşmənçiliklə yanaşanlar isə özlərini ən güclü düşmənlə qarşı-qarşıya qoyacaqlar”.
İlahə BAYINDIR