ELAZ.İNFO xəbər verir ki,bu günədək 46 656 taksi sürücüsü nəzəri və praktiki təlimlərə cəlb olunub.
Bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Təlimlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahan təşkil edilir. İndiyədək 35 929 sürücü imtahandan keçib.
İmtahan öncəsi Təlim Proqramı təmin edilir.Minik avtomobilində sürmə təlimi zamanı hərəkətə başlama, manevretmə və avtomobillərin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına uyğun idarəetmə, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edən idarəetmə üsulları, mürəkkəb yol şəraitində, eləcə də hərəkətin intensiv olduğu yollarda və sutkanın qaranlıq vaxtı taksi minik avtomobilinin idarə edilməsi aşılanır.
Aydan ŞƏRBƏTOVA