ELAZ.İNFO xəbər verir ki, iyun ayının 3-də Bakı şəhərində yerləşən “Xanədan” etno restoranında Dövlət Məşğulluq Agentliyinin xətti ilə Azərbaycan Milli Kulinariya Assosiyasiyasındakı Peşə kurslarında nazik xəmirdən hazırlanan milli mətbəx nümunələrimiz-paxlava və xəngəl üzrə usta siniflərin əl işləri qiymətləndirildi.
Assosiyasiyanın prezidenti Tahir Əmiraslanov bildirdi ki, “usta sinifi məşhur kulinar-pedaqoq, Beynəlxalq yarışların qalibi, ölkəmizdəki ən güclü kulinarları yetişdirən, yüksək ali təhsilli, “Tərəqqi” medalı laureatı Rəsmiyyə xanım Allahverdiyeva keçdi”.
T. Əmiraslanov onu da vurğuladı ki, “bu gün biz müdavimlərimizə həm də milli mətbəx nümunələrinin yaranmasından, tarixindən, ezoterikasından danışdıq.
Sevinirik ki, kurslarımızın müdavim və məzunları həm ölkə daxilində, həm xaricdə keçirilən müsabiqələrdə medallar, sertifikatlar, diolomlar, pul mükafatları və qiymətli hədiyyələr qazanırlar.
Onu da deyim ki, qaliblər həm də tərəfimizdən ayrıca şəkildə mükafatlandırılırlar”.


ELAZ.İNFO