Tahir Əmiraslanov: -“Dolma (sarma) bizim milli irsimizdir”- deyə dünyaya hayqırır!”

Milli mədəni irsimizin qorunması hər bir Azərbaycan vətəndaşının əsas borcudur. Bu qürurverici borcun, vəzifənin öhdəsindən gələnlər də var, gəlməyənlər də. Vəzifəsini layiqincə yerinə yetirməyənlərə qarşı hiddətlənən “Azərbaycan Milli Kulinariya Assosiasiyası”nın prezidenti Tahir Əmiraslanov ELAZ.İNFO-ya bildirib ki, “Rumınıyada Dolma Muzeyi yaradılır. Bizimkilər (qəsdən, biveclikdən, qanmazlıqdan və ya savadsızlıqdan) imkan yaratdılar ki, Dolma (Sarma) Baltikyanı ölkələrin milli mətbəx irsi olsun. Baxmayaraq ki, Mədəniyyət Qanunumuzin 37-ci maddəsinə əsasən milli mətbəx irsimizi qorumalıydılar”.

T. Əmiraslanov vurğulayıb ki, “dolma ilı bağlı kitablar burada toplanıb. Diqqətlə baxsanız 2 kitabımız və şəkldəki dövlət poçt markalarımız burada- açıqcasına “dolma” (sarma) bizim milli irsimizdir deyə dünyaya hayqırır! Və biz haqqımızı kiməsə yedirtməyəcəyik! Bunu Müzəffər Prezidentimiz də Dünyaya subut etdi!”

İlahə BAYINDIR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights