Tahir Əkbər Opera studiyasında anılacaq

ELAZ.info xəbər verir ki, may ayının 19-da Bakıda, Opera studiyasında bəstəkar Tahir Əkbərin xatirəsinə həsr olunmuş konsert olacaq.

Konsertdə xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, əməkdar artistlər Könül Kərimova, Fərqanə Qasımova, Mətanət İsgəndərli, Arzu Əliyeva, populyar sənətkarlar Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Xatirə İslam, Leyla Rəhimova, Səbinə Ərəbli, Pərviz Rəhimov, Əlikram Bayramlı və başqaları çıxış edəcək.

Müğənniləri Prezident mükafatçısı Rövşən Qurbanovun rəhbərliyi altında “Buta” ansamblı müşayət edəcək. Konsertin aparıcısı Emin Şahzadədir.

Bizimlə oxuyun
Verified by MonsterInsights