Taekvondoçularımız üç medal qazandı

ELAZ.İNFO Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə istinadən bildirir ki, Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət millisinin üzvləri Polşada keçirilən “Polish Open” beynəlxalq turnirində 3 medal qazanıblar.

Bu barədə Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.

Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Qaşım Maqomedov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medala sahib çıxıblar.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights