Elaz.info xəbər verir ki, aprelin 13-də Tacikistanda zəlzələ baş verib. Səhər saat 9:24 radələrində baş verən zəlzələnin episentri Düşənbədən 160 kilometr şimal-şərqdə və Rəşt rayonundan 21 kilometr aralıda yerləşib.
“Zəlzələnin gücü episentrdə 5-6, Düşənbədə isə 3 bal olub.
Baş verən zəlzələ nəticəsində Rəşt rayonunun 4 kəndində 17 yaşayış binasına və bir məktəbə ziyan dəyib.
“Tacikabad rayonunda isə 12 yaşayış binasına ziyan dəyib”, – mənbə bildirib.
İlkin məlumata görə, insanlar arasında xəsarət alan və ölən olmayıb.
Məlumatı Tacikistan Fövqəladə Hallar Komitəsi təsdiqləyib.
İlahə BAYINDIR