Tacikistan Azərbaycanla əməkdaşlığa  hazırdır

ELAZ.İNFO xəbər verir ki,“Tacikistan Azərbaycanla hidroenergetika sahəsində birgə layihələrin həyata keçirilməsinə hazırdır.”

 Bu fikir Düşənbədə keçirilmiş İqtisadi-Ticarət Əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasında səsləndirilib.

“İclasda Tacikistanda Azərbaycan şirkətlərinin iştirakı ilə kiçik və orta həcmli su elektrik stansiyalarının tikintisi imkanlarının nəzərdən keçirilməsi təklif olunub. Bu, hər iki ölkənin təmiz enerjinin inkişafına və emissiyaların azaldılmasına töhfəsi olacaq ki, bu da Mərkəzi Asiya regionunda “yaşıl enerji” siyasətinin formalaşmasına müsbət təsir göstərəcək”, – nazirlikdən vurğulayıblar.

Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights