Tənha separatçı…

Separatçıların da növləri olur.

Məsələn, Kanada separatçıları (Kvebek əyalətində yaşayan fransızlar) müstəqillik uğrunda mübarizəni həmişə sivil yolla aparmağa üstünlük veriblər. Eləcə də ABŞ-dan ayrılmaq istəyən ştatlar bir çox hallarda qanlı silahlı mübarizə aparmaqdan yayınıblar.

Ancaq erməni separatizmi isə həm türklüyə nifrət üzərində kökləndiyinə, həm də bütün erməniləri birləşdirmək ideyasına hədəfləndiyinə görə onların Azərbaycana və Türkiyəyə qarşı mübarizəsi də amansız vəhşilik üzərində qurulub (bu vəhşiliyin bir kökü də ermənilərin totemik-mifoloji xüsusiyyətlərinə gedib çıxır).

Onlar tərkibində yaşadıqları ölkələrin, xalqların içində həmişə icma şəklində birləşməyə, muxtarlığa (avtonomiya) can atıblar. Buna görə də ermənilərdə fərdiyyətçilik yox, kollegiallıq, birgəlik çox güclüdür.

Onlar bütün kirli planlarını da məhz birlikdə cızırlar.

37 il öncə onlar Qərbi azərbaycanlıları deportasiya etməyə başlayanda və Qarabağı ələ keçirmək üçün “miatsum” planına start veriləndə də haylar məhz icma şəklində, gizli şura formasında qərar qəbul etmişdilər. Həmin şəxslərin arasında bu fotoşəkillərdə yer alan separatçıların da bəziləri (Arkadi Qukasyan, Bako Saakyan və s.) vardı.

Onlar həmin vaxt sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətmək məqsədilə bir araya gəlmişdilər.

Lakin bu gün isə bu şəxslər mühakimə olunan, təqsirləndirilən şəxs qismində bir araya gətirliblər. İndi onların məsləhət-məşvərət yeri məhz Bakı Hərbi Məhkəməsininin mütəhhimlər üçün ayrılmış köşəsidir.

35-37 il bundan öncəki erməni separatçılarının davakar ovqatından bu gün əsər-əlamət qalmayıb. Son 2 ildə Bakıdakı məhbus həyatı onları çox dəyişib. Onlar yırtıcı giyen obrazından çıxıb məzlumlaşıblar.

Bu varlıqlar özlərini və mənsub olduqları milləti də ilk dəfə məhz Bakı türməsində yaxından tanımaq fürsəti qazanıblar.

Və nəticədə separatçılığın da perspektivsizliyini tam olaraq dərk etməyə başlayıblar.

Aralarında ən çox peşman olanı isə məhz Araik Harutyunyandır. Məhz buna görə də o əksər hallarda digər separatçılardan məsafə saxlamağa çalışır. Müttəhimlər kürsüsündə də çox vaxt tək oturur.

Araik artıq tam və qəti anlayıb ki, separatçılıq axmaqlıqdan başqa bir şey deyilmiş. Ona görə də Ruben Vardanyandan fərqli olaraq Araik Harutyunyan məhkəmə kameraları qarşısında süni “qəhrəman”lığa can atmır, pafoslu çıxışlar etmir. Bir sözlə, Araik sözün əsl mənasında it kimi peşmandır.

P. S. Bu fotoşəkillər iyulun 21-də Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclası zamanı çəkilib.

Bu görüntülər Azərbaycanda separatçılığa meyl göstərən digər şəxslərə də görk olmalıdır. Söhbət Rusiyanın və İranın təlimatlandırdığı etnik fərdlərdən gedir.

P.P.S. Enində-sonunda bütün separatçıları eyni aqibət gözləyir.

Bəybala MİRZƏYEV

Bizimlə oxuyun
Verified by MonsterInsights