Tələbəni maşın vurdu və O öldü

ELAZ.İNFO, BAKI, 06.05.2025.

ELAZ.İNFO xəbər verir ki, mayın 6-da saat 12 radələrində Ağdaş şəhərində ağır yol qəzası baş verib. Hadisə ilə bağlı “Qafqazinfo” xəbər verir ki, rayon sakini Murad Əsədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Vəfat edən Y.Məmmədov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsidir.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizimlə oxuyun
Verified by MonsterInsights