Təkrar qaynadılmış suyun gizli təhlükələri

Bir çoxumuz vaxta qənaət etmək üçün çaydanda qalan suyu yenidən qaynatmağa vərdiş etmişik. Lakin mütəxəssislər xəbərdarlıq edir: bu sadə vərdiş zamanla sağlamlığımız üçün ciddi fəsadlar yarada bilər.

ELAZ.İNFO xəbər verir ki, suyun təkrar qaynadılması və ya qızdırılması onun kimyəvi tərkibində xoşagəlməz dəyişikliklərə səbəb olur. Boru kəmərlərindən gələn su tərkibində müxtəlif duzlar və minerallar daşıyır. Su buxarlandıqca, bu maddələrin konsentrasiyası artır və onlar “ağır” birləşmələrə çevrilir.

Məlumata görə, hər növbəti qaynatma prosesi suyun tərkibindəki bəzi elementlərin zərərli birləşmələrə çevrilməsinə yol açır: Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, suyun tərkibində minimal miqdarda olan bu maddə təkrar qaynadılma nəticəsində daha qatı hala gəlir. İllərlə davam edən bu təsir mədə-bağırsaq traktının pozulması, ürək-damar xəstəlikləri və böyrək problemlərinə zəmin yarada bilər. Araşdırmalar göstərir ki, qaynama zamanı bəzi ftor birləşmələri daha təhlükəli olan ftoridlərə çevrilir. Bu isə xüsusilə uşaqların nevroloji inkişafına mənfi təsir göstərə biləcək amillərdən biri hesab olunur. Yüksək temperaturun təsiri ilə nitratlar nitrozaminlərə çevrilir. Bu maddələr isə birbaşa kanserogen (xərçəng yaradan) xüsusiyyətlərə malikdir və onkoloji xəstəliklərin riskini artırır.

Qaynadılmış su mikroblardan təmizlənsə də, təkrar qaynadıldıqda “ölü su”ya çevrilir və dadı pisləşir. Sağlamlığınızı qorumaq üçün: Çaydanı hər dəfə təzə su ilə doldurun. Artıq qalan suyu dibçəklərə tökərək və ya məişət işlərində istifadə edərək israfın qarşısını alın. Suyu qaynama həddinə çatan kimi söndürün, dəqiqələrlə qaynamasına imkan verməyin. Unutmayın ki, kiçik bir dəyişiklik uzunmüddətli sağlamlıq üçün böyük addımdır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights