ELAZ.İNFO xəbər verir ki, avqustun 4-ü dünyada Tək işləyən qadınlar günü (Single Working Women’s Day) kimi qeyd olunur. Bu günün məqsədi cəmiyyətdə təkbaşına çalışan, ailəsini dolandıran, çətinliklərə sinə gərən və müstəqil həyat tərzi sürən qadınların zəhmətini, fədakarlığını və əzmkar mübarizəsini qiymətləndirməkdir.
Bu əlamətdar gündə bütün çalışqan, güclü və mübariz qadınlara dərin hörmət və minnətdarlığımızı bildirir, onların daim dəyər görməsini arzulayırıq. Siz yalnız öz həyatınızın deyil, bütöv bir cəmiyyətin dirəyisiniz!
Əli İBRAHİMOV
Hüquqşünas, vəkil