Təhsilimiz 35 ildir ki, çökür

ELAZ.İNFO


Təhsil tariximizdə son 10 ildə olduğu kimi, heç vaxt belə anarxiya, tənəzzül olmayıb. Son 10 ildə dünya təhsilinin sürətli inkişaf dövründə, sürətli rəqəmsal tranformasiyası zamanında biz dərslik nədir, şaftalı sözü necə yazılmalıdır, kvadratın perimetri necə tapılmalıdır v.s. haqda səviyyəsiz müzakirələr aparırıq. Kimlərlə? Şərabsatanlarla, şəkərsatanlarla, çaysatanlarla?
Elm və təhsilimizin idarəedilməsində son 100 ildə, heç vaxt bu qədər təsadüfi adamlar, idarəetmədə təmsil olunmayıblar, heç vaxt bu qədər hegemonluq etməyiblər.
Kim yığdı bu qədər təsadüfi kadrları elm və təhsilin idarəetməsinə?
Akademik Mehdi Mehdizadənin nazirliyi zamanında məktəbdə laborant işləməyə potensiala çatmayanlar ETN-ə, RTİ-nə, agentliklərə rəhbərlik edir, prof. Qurban Əliyevin dövründə institutda laborant işləməyə potensiala çatmayanlar universitetlərimizdə rektor, prorektor, , agentliklərdə rəhbər vəzifələrdə işləyirlər. Bu durum ölkənin inkişafına, onun gələcəyinə, alimlərinə, müəllimlərinə, ziyalılarına, milli müqəddaratımza sayğısızlıqdır.
Unutmayaq ki, təhsil millətin gələcəyidir.


Dosent İlham Əhmədov

Bizimlə oxuyun
Verified by MonsterInsights