“Təhsildə liderlik” proqramı

ELAZ.İNFO xəbər verir ki, dosent İlham Əhmədov Təhsil Nazirliyindəki korrupsiya halları haqqında öz sosial şəbəkə hesabında kəskin fikirlərlə çıxış edib.

“Çox işlərin onlayn olduğu bir zamanda, 50 nəfərin xaricdə 20 gün müddətində təcrübə keçməsinə-“Təhsildə liderlik” proqramı adı ilə ETN pul ayırması sadəcə israfçılıqdır. Bu gün 5 min km. məsafədən, distant texnologiyalarla cərrahiyə əməliyyatının mümkün olduğu zamanda, belə “təhsil əməliyyatı” açıq israfçılıq və büdcə talanıdır.
Bu pula 50 yox, 5000 müəllimi, həm də daha keyfiyyətli distant oxutmaq olardı. Amma ETN hələ də distant təhsilin əhəmiyyətini düzgün qiymətləndirə bilmir. Ölkə rəhbərliyi ETN-dən süni intellekti inkişaf etdirməyi tələb edir, bunlar isə nəinki süni intellekt, heç distant təhsilə düz əməlli tətbiq edə bilmirlər.
Yəqin ki, ETN son 20 ildə neft kapitalını insan kapitalına çevirdiyi kimi, süni intellekti də inkişaf etdirər.”

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights