Təhsil məmurları təhsilin yox, kölgə təhsilinin inkişafında maraqlıdırlar

ELAZ.İNFO xəbər verir ki, dosent İlham Əhmədov özünün sosial şəbəkə hesabında “Təhsil məmurları təhsilin yox, kölgə təhsilinin inkişafında maraqlıdırlar”-iddiası ilə çıxış edib.


İmperiya olan Sovet dövründə ilin 2 ayı məktəbdə dərs olmurdu, şagirdlər pambıq yığırdı. İlin qalan 7 ayı uşaqlar normal dərs keçir, proqramı 80 % + mənimsəyirdilər, İndi ilin 9 ayı məktəb işləmir, uşaqlar illər ərzində repetitor yanına gedir, direktorla problemi yoluna qoyur, bütün bunlara da bir ətək pul xərcləyir, sonda isə proqramı 30-40 % mənimsəyirlər.
Çünki, təhsil məmurları təhsilin yox, kölgə təhsilinin inkişafında maraqlıdırlar.
Dosent başqa bir yazısında bildirir ki, “İllər ərzində ümumi olaraq repetitorlara və məktəbə verilən pullar o vaxtki qəbulun pulundan daha çox, nəticə isə yox. Müqayisədə o dövrün təhsili, məktəbi, müəllimi, universiteti daha keyfiyyətli idi”.
Sözardı:Heç xoş olmasa da, müqaisədə bəzi məmurlar müstəqil dövlətimizin TƏHSİL SİYASƏTİNİ sanki millətin qəsdinə çeviriblər. Ümidvarıq ki, buna tezliklə dur deyən olacaq.
Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights