Ağsu dolaylarında yol açıqdır, təhlükəsizlik təmin edilir
ELAZ.İNFO Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə istinadən bildirir ki, “Mövcud hava şəraitinə baxmayaraq, Ağsu dolaylarında nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin edilib. Yol açıqdır, avtomobillərin hərəkətində məhdudiyyət yoxdur”.
Elşad Hacıyev qeyd edib ki, “Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumlarla birgə koordinasiyalı şəkildə fəaliyyət göstərir, yollarda təhlükəsizliyin təmin olunması məqsədilə fasiləsiz xidmət aparılır.
Sürücülərdən xahiş olunur ki, sürət həddini hava şəraitinə uyğun seçsinlər, • ara məsafəsini qorusunlar, qış mövsümünə uyğun şinlərdən istifadə etsinlər”.
İlahə BAYINDIR